Rusiyada tarix müəlliminin davranışı müzakirələrə səbəb olub.
Videoda o, beşinci sinif şagirdinin ombasına toxunur.
Həmin an şagir müəllimə “Bura mənim məktəbimdir, sizin isə iş yerinizdir” deyib. Müəllim isə "Və bu bizim birgə işimizdir" deyə cavab verib.
Araşdırmalar zamanı bəlli olub ki, videodakı şəxs Stavropol Stepnoy kənd 1 saylı məktəbin tarix müəllimi Valeri Aleksandroviçdir. O, 30 ildən artıqdır ki, bu məktəbdə çalışır. Valeri Aleksandroviçin özü hərəkətlərində səhv bir şey görmədiyini və şagirdə ata kimi yanaşdığını bildirib.
Müəllim artıq işdən çıxarılıb.//News24.az