Qazaxıstanda çoxmərtəbəli binanın girişində yerləşdirilmiş müşahidə kamerası dəhşətli hadisəni qeydə alıb.
Musavat.com-un təqdim etdiyi videodan görünür ki, bir kişi gənc qadına fiziki hücum edərək onu zorla pilləkənlərə tərəf aparmağa çalışır. Hadisə 2025-ci il mayın 22-si, gecə saat 01:55-də baş verib.
İlkin məlumatlara görə, qadın qorxudan çığırmağa başlayıb və bu səsə qonşular reaksiya verərək hadisə yerinə gəliblər. Hücum edən şəxs vəziyyətin ağırlaşdığını görüb hadisə yerindən qaçmağa çalışsa da, daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata əsasən, saxlanılan şəxs ifadəsində etiraf edib ki, bu hərəkəti ailə həyatında intim münasibətlərin çatışmazlığı səbəbilə edib. O, törətdiyi əməldən peşman olduğunu bildirib və günahını etiraf edib.
Hadisə ölkədə geniş rezonansa səbəb olub və qadın hüquqları müdafiəçiləri tərəfindən kəskin şəkildə pislənilib.
Musavat.com