Kişi arvadını, qızını və nəvəsini öldürdü - FOTO

61 yaşlı kişi 3 nəfəri qətlə yetirib.

Dəhşətli hadisə Malatyada baş verib.

İsmet Budak adlı kişi həyat yoldaşını, qızını və nəvəsini tüfənglə qətlə yetirib. Səsləri eşidən qonşular polisə məlumat veriblər. Kişi polis tərəfindən saxlanılıb.

Cinayətlə bağlı araşdırma aparılır. Kişinin hansı səbəbdən bu addımı atması hələlik bilinmir. (milli.az)

08.07.2024 16:27
1266