Kirkorovun ERMƏNİ sevgisi: yenə İrəvandadır - VİDEO

Məşhur rusiyalı müğənni Filipp Kirkorov Ermənistana səfər edib.

Axar.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında İrəvandakı Respublika meydanından çəkdiyi görüntüləri yerləşdirib.

“Yenidən danışır və göstərir İrəvan, Ermənistan. İrəvanın mərkəzindəyəm, necə də gözəldir”, - Kirkorov bildirib.

Müğənni qeyd edib ki, Ermənistanda vaxtını dostları ilə birlikdə keçirəcək.

02.07.2023 15:19
1205