Rusiyanın Xalq artisti Filipp Kirkorov bir sıra plastik əməliyyatlardan sonra necə formada qaldığını açıqlayıb.
57 yaşlı sənətçi həkim müdaxiləsi olmasaydı, qısa müddətdə belə nəticə çətin əldə edəcəyini etiraf edib.
"2 il əvvəl heyrətamiz əməliyyat keçirdim. Dərman vasitəsi ilə isə artıq çəkidən xilas oldum. Hazırda iş qrafiki, gündə dörd saat idman, gəzinti, üzgüçülüklə məşğul oluram", -deyə Kirkorov bildirib. (Axşam.az)