Kirkorov Eyyub Yaqubovun mahnısını oxudu - VİDEO

Rusiyanın Xalq artisti Filipp Kirkorov və keçmiş həyat yoldaşı Alla Puqaçovanın müğənni qızı Kristina Orbakayte Nyu-Yorkda yəhudi toyunda çıxış ediblər.

Kirkorov qonaqlar üçün Azərbaycan və ivrit dillərində mahnılar ifa edib.

O, gecədə Xalq artisti Eyyub Yaqubovun “Kim bilir” mahnısını oxuyub.

Nyu-Yorkun ən böyük şadlıq evlərindən biri olan Da Mikele İllagioda pop ulduzları ilə dəbdəbəli şənlik baş tutub.   (olay)

29.01.2025 13:16
1570