Rusiyanın Xalq artisti Filipp Kirkorov Dubayda dünyanın ilk yeddi ulduzlu hoteli "Bürc əl-Ərəb"də qaldığı otağının görüntülərini sosial media hesabında yayımlayıb.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, müğənni "Əziz" adlı dubleks otağını kirayələyib.
Qeyd edək ki, F.Kirkorov Dubaya mükafatlandırma mərasimində iştirak etmək üçün gedib.