İstanbulda ev sahibi 4 mərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzili qeyri-qanuni işlədiyi iddia edilən daşınmaz əmlak agentliyi vasitəsilə icarəyə verib.
Musavat.com xəbər verir ki, mənzili kirayə götürən şəxs isə evi başqa birinə kirayə verib.
Şikayətlər əsasında mənzilə gələn polislər şoka düşüb. Evdə 27 çarpayının olduğunu aşkar edən polislər orada çoxlu xarici vətəndaşın qaldığını müəyyən edib.
Sözügedən görüntülər sosial mediada da yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com