“Şurnuxudan cəmi bir neçə metr aralıda Azərbaycan öz bayrağını qaldırıb, üstəlik, iştahı bununla bitmir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Qarnik Danielyan tərəfindən yazılıb.
“Onlar (Azərbaycan) açıq şəkildə öncə bu ərazilərə sahib çıxacaqlarını və sonra daha çoxunu istəyəcəklərini deyirlər. Kirants sakinləri Ermənistan Respublikasının qanunlarına əsasən, onlara verilən kadastr şəhadətnamələrindən Azərbaycanın xeyrinə imtina etməyə məcburdurlar. Kimin pulunun ödənildiyini də bilmirik”, - deyə erməni deputat qeyd edib.
Musavat.com