Kipr Elm Universitetinin təsisçisi Azərbaycanın media təmsilçiləri ilə görüşüb

 

Kipr Elm Universitetinin təsisçisi və Kipr Universitetləri birliyinin sədri Selman Aslanbaşın Azərbaycanın media təmsilçiləri ilə görüşü olub.

Musavat.com xəbər verir ki, görüş zamanı Kiprdə təhsilin səviyyəsi, Kiprdəki və Azərbaycandakı universitetlər arasındakı münasibətlər müzakirə olunub. Eyni zamanda Kiprdə Azərbaycan diasporu və azərbaycanlı tələbələrin vəziyyəti də təhlil edilib.

Selman Aslanbaş qeyd edib ki, onlar Kiprdə Azərbaycanın könüllü səfiri kimi Azərbaycanın maraqlarını və Qarabağ həqiqətlərini dünyaya çatdırmağa da kömək edirlər.

Görüşdə azərbaycanlı tələbələrin Kiprdə oxumasının artıq dövlət siyasəti halına gətirilməsi də vurğulanıb.

Onu da qeyd edək ki, Kipr universitetinin diplomu artıq beynəlxalq səviyyədə tanınır.

Anar Əhməd,
Alim Liftiyev,

Musavat.com

13.05.2022 17:17
884