2024-cü ildə zülalların öyrənilməsinə görə kimya üzrə Nobel mükafatını üç alim - Devid Bayker, Demis Hassabis və Con Camper alıb.
Bu barədə Nobel Komitəsinin nümayəndələri Stokholmda keçirilən mərasimdə bildiriblər.
Qeyd olunur ki, Devid Bayker demək olar ki, mümkün olmayanı etməyi bacarıb - tamamilə yeni zülal növləri yaradıb.
D.Hassabis və C.Camper isə 50 ildir, mübarizə aparılan problemi həll etmək üçün mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırlayıblar.//Report