Kiminsə növbəsini pozaraq ev... - Sahil Babayev

“Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.

“Lakin kiminsə növbəsini pozaraq, qeyri-qanuni şəkildə ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub, evi sənə verməyib başqasına veririk. Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir əlavə edib.

14.06.2024 14:58
2002