Kim Starmer: Rusiyanın Ukrayna portlarına hücumları qlobal qida təhlükəsizliyinə təhdiddir

Böyük Britaniyanın Baş naziri Kim Starmer, Rusiyanın Ukrayna portlarına hücumlarının Qəzzaya həyati əhəmiyyətli yardımın çatdırılmasını gecikdirdiyini və  taxıl tədarükünü pozduğunu bildirib.

"Putin Ukraynanı itaətə gətirmək cəhdlərində qlobal qida təhlükəsizliyini riskə atmağa hazırdır", — deyə Starmer vurğulayıb.

Musavat.com xəbər verir ki, Britaniya kəşfiyyatına görə, oktyabrın 5-dən 14-nə qədər Rusiya Qara dənizdə ən azı 4 ticarət gəmisini vurub.

23.10.2024 15:25
137