Son dövrlər psixoloqların peşəkarlığı ilə bağlı müzakirələr tez-tez gündəmə gəlir.
Bəzi psixoloqlar televiziyalarda, mətbuatda verdikləri açıqlamalara görə qınaq obyektinə çevrilirlər. Nəinki psixoloqlar, efirlərə çıxan bəzi tanınan simalar da qeyri-etik danışıqları ilə narazılığa səbəb olurlar. Televiziyaların cəmiyyətin formalaşmasında rolunu nəzərə alsaq, bu cür açıqlamaların nə qədər zərərli olduğu da ortaya çıxır.
“TV Müsavat”ın qonağı olan tanınmış psixoterapevt Elmir Əkbərlə bu və digər aktual mövzularla bağlı danışdıq.
Musavat.com həmin videomaterialı təqdim edir.
Onu da qeyd edək ki, Elmir Əkbər Səhiyyə Nazirliyinin psixoterapevt kimi fəaliyyətinə icazə vəsiqəsi olan azsaylı mütəxəssislərdəndir.
Afaq Mirayiq,
Elçin Əkbərov,
Alim Liftiyev,
Musavat.com