Şimali Koreya lideri Kim Çen In ordu komandanlığı ilə Yeni il görüşündə hərbçilərə qarşıdurma yolunu seçib münaqişəyə səbəb olarsa, ABŞ və Cənubi Koreyanı “sarsıdıcı zərbə” ilə məhv etməyə hazır olmağı əmr edib. Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreyanın “Koreyanın səsi” radiosu məlumat yayıb.
"Əgər onlar KXDR ilə hərbi qarşıdurma seçib, münaqişəyə səbəb olsalar, o zaman zərrə qədər tərəddüd etmədən bütün qüvvə və vasitələri səfərbər etməliyik. Sarsıdıcı zərbə endirəcək və düşməni tamamilə məhv edəcəyik”, deyə Şimali Koreya lideri deyib.
Afaq,
Musavat.com