Kim Çen In uran sentrifuqalarının sayını artırmağı əmr edib

Şimali Koreya lideri Kim Çen In nüvə arsenalını artırmaqdan ötrü uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayının artırılmasına dair göstəriş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, Kim Çen In bu göstərişi nüvə materialı istehsalı müəssisələrinə səfəri zamanı verib.
Onun sözlərinə görə, arsenalın “həndəsi irəliləyişlə” artırılması vəzifəsinə nail olmaq üçün indiyədək qazanılmış müvəffəqiyyətlə kifayətlənmək olmaz, sentrifuqaların sayını və onların gücünü artırmaq, kütləvi qırğın silahları üçün nüvə materiallarının istehsalı bazasını gücləndirməkdən ötrü yeni sentrifuqalar tətbiq etmək lazımdır.

Qeyd edək ki, Şimali Koreya nüvə silahına malik 10 dövlətdən biridir. Ancaq o biri dövlətlərin çoxu əhalinin rifahına görə dünya reytinqində ön sıralarda olsalar da, Şimali Koreya autsayderlər sırasındadır.

Musavat.com

13.09.2024 11:40
266