Kim Çen In Rusiyaya raket göndərir- Ukraynanı vurmaq üçün...  

Şimali Koreya Rusiyaya göndərə biləcəyi yeni çoxsaylı raket sistemini sınaqdan keçirdiyini bildirib.

Musavat.com xəbər verir ki, Şimali Koreyanın dövlət mediasının yazdığına görə Kim Çen In yeni idarəetmə sistemi ilə təchiz edilmiş 240 mm-lik MLRS-nin sınaqdan keçirildiyini açıqlayıb.

Üstəlik, cəmi iki gün əvvəl Pxenyan yeni kamikadze pilotsuz uçan aparatın sınaqdan keçirildiyini elan edib.

ABŞ artıq bəyan edib ki, Şimali Koreyanın İHA-nın inkişaf proqramını diqqətlə izləyir.

Müşahidəçilər istisna etmirlər ki, KXDR artilleriya və qanadlı raketləri Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiya Federasiyasına göndərmək məqsədi ilə sınaqdan keçirir.

28.08.2024 16:28
383