Kim Çen In qızının şəkli olan poçt markası buraxdırır

Şimali Koreya lideri Kim Çen In qızı Çu Enin təsvirini əks etdirən yeni poçt markası buraxdırır.

Azpost.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap”əbər agentliyi məlumat yayıb.

Markanın dizaynı artıq təqdim edilib. Orada Şimali Koreya lideri və qızının 2022-ci ilin noyabrında “Hvason-17” qitələrarası ballistik raketinin sınaq buraxılışına səfəri zamanı çəkilmiş fotoşəkili əks olunub.

Markaların fevralın 17-i cümə günü buraxılması planlaşdırılır.

Çu E Şimali Koreya liderinin ikinci qızıdır. Onun təxminən 10 yaşında olduğu güman edilir. O, ictimaiyyət qarşısına ilk dəfə 19 yanvar 2022-ci ildə çıxıb. 2022-ci ilin noyabrında qız yenidən atası ilə birlikdə KXDR raketlərindən birinin buraxılışına baş çəkib.

Ötən həftə isə Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda da iştirak edib. Bu fonda onun Kim Çen Inın varisi olacağı ilə bağlı şayiələr yayılıb.

Üstəlik Şimali Koreya ilk dəfədir ki, Kim Çen Inın övladının təsviri olan poçt markaları buraxır.

“Yonhap” agentliyi qeyd edir ki, KXDR dövlət mediası son vaxtlar onu “sevimli” və ya “ən sevimli” əvəzinə Kim Çen Inın “hörmətli” qızı kimi təqdim etməyə başlayıb. Ehtimal olunur ki, bu da onun statusunun artmasını göstərə bilər.

14.02.2023 11:44
526