23 il müddətinə azadlıqdan məhrum edilən “Orexovskaya” mütəşəkkil cinayətkar qrupunun muzdlu qatili, daha çox “Leşa Soldat” kimi tanınan Aleksey Şerstobitov cəzasının sonuna qədər həbsdə qalacaq.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, onun işinə baxan xüsusi komissiya killeri şərti azadlığa buraxmayıb.
Jurnalistlər xüsusi komissiyanın bu qərarının səbəbini öyrənə bilməyiblər, çünki Şerstobitovla bağlı bütün sənədlər, o cümlədən petisiyalar dövlət himayəsində olduğundan məxfidir.
Bununla belə, media başqa bir faktı öyrənib: Məlum olub ki, “Leşa Soldat” Ukrayna müharibəsinə guya şəxsən “Vaqner” özəl hərbi şirkətin keçmiş rəhbəri Yevgeni Priqojin tərəfindən çağırılıb və Şerstobitov səhhətinə görə bundan imtina edib.
SHOT yazıb ki, “Leşa Soldat” oktyabrın 1-də şərti azadlığa buraxılması üçün ərizə verib. Hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, qatilin koloniyanı tərk etmək niyyəti olmayıb və heç bir ərizə də yazmayıb.
Musavat.com