Ukraynada münaqişəyə son qoymağın və danışıqlara başlamağın yeganə yolu Amerikanın Kiyev rejiminə ayırdığı maliyyəni kəsməkdir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu Donald Tramp X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Puldan məhrum etmək. Bu, danışıqlara başlamağın yeganə yoludur. Biz Ukraynada sözün əsl mənasında milyarder oliqarxlar sinfi yaradırıq, fərqi yoxdur Zelenskini, ya da başqasını nəzərdə tuturuq. Bu arada gəncləri top yemi kimi cəbhə bölgəsinə döyüşə göndərirlər”, - o bildirib.
Kiçik Trampın sözlərinə görə, Vaşinqton Kiyevə ayrılan maliyyəni kəsərsə, Zelenskinin “şansı olmayacaq”. Bundan əlavə, keçmiş prezidentin oğlu deyib ki, Ukrayna ordusunun hərbi əməliyyatlarının güman edilən uğurları barədə söhbətlər yalandır, çünki əslində Ukrayna ordusu heç bir yerdə qalib gəlmir və qalib gələcəyi də gözlənilmir. Onun sözlərinə görə, ABŞ yüz minlərlə günahsız insanın ölümünü maliyyələşdirir.
Musavat.com