Kiçik Kennedidən BÖYÜK VƏD – Prezident olsa, 100 günə Ukrayna müharibəsini bitirəcək

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar partiyasından namizəd olmaq istəyən kiçik Robert Kennedi ən yüksək hökumət postuna seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini 100 gün ərzində bitirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, o, müvafiq mesajı X sosial şəbəkəsində (əvvəllər Twitter) dərc edib.

“Vyetnam münaqişəsinə necə qarışdığımızı unudublar? Amma bu dəfə düşmən Vyetkonq deyil. Bu, nüvə silahına malik Rusiyadır”, - deyə siyasətçi qeyd edib.

“Prezidentliyimdən sonra 100 gün ərzində bu müharibə başa çatacaq. Və hər kəsin ağlabatan gözlədiyindən daha yaxşı şərtlərlə”, - Kennedi deyib.

Kiçik Kennedi daha əvvəl demişdi ki, ABŞ-ın Ukraynaya yardım xərcləri çox yüksəkdir, amma özünün milyonlarla vətəndaşı tibbi sığorta və ərzaq talonlarından məhrumdur.

Musavat.com

29.09.2023 12:17
576