Kiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək

ABŞ-da prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi seçki kampaniyasına fasilə verib.

“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında bildirib.

“Mən seçki kampaniyamı dayandırmıram, sadəcə fasilə verirəm. Adım əksər ştatlarda bülletendə qalacaq”, - deyə o qeyd edib.

Siyasətçi ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.

24.08.2024 02:12
275