Kiçik Aral qurumaqdan xilas edilib, 13 ölkəyə balıq ixrac edir

Aral dənizinin şimal hissəsinin qorunub saxlanması proqramları heyrətamiz nəticələr verib və su anbarının Qazaxıstana məxsus hissəsini qoruyub saxlamaq mümkün olub.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Qazaxıstanın Qızılorda vilayətində rayonun sağlam ekologiyası uğrunda uğurlu mübarizəçərçivəsində son 5 ildə ilk dəfə olaraq suvarma dövründə Aral dənizinə 977 milyon kubmetr su verilib.

“Əgər son illərdə Aral dənizinin Qazaxıstan hissəsinə cəmi 350-400 milyon kubmetr su verilirdisə, bu ilin əvvəlindən bu həcm 2 milyard kubmetri keçib, ilin sonuna isə 500 milyona yaxın göndərilməsi planlaşdırılır. Bu gün Şimali Aralda suyun həcmi 22 milyard kubmetrdir, - deyə Aral-Sırdərya Hövzə Müfəttişliyindən bildiriblər.

Yada salaq ki, Aral dənizi ötən əsrin 80-ci illərinə qədər əsas balıqçılıq hövzələrindən biri olub, burada çoxlu balıq növü olub. Lakin Aral dənizinin əsas su təchizatı mənbələri olan Sırdərya və Amudərya çaylarının yuxarı axınının tənzimlənməsi üzrə intensiv su təsərrüfatı fəaliyyətləri suyun səviyyəsinin azalmasına səbəb olub və quruyan dəniz iki su hövzəsinə - Kiçik və Böyük Arala bölünüb.

Ancaq quruma prosesi davam edib, Aralda su getdikcə azaldığından, tərkibindəki duzun konsentrasiyası əksər balıq növlərinin mövcudluğu üçün təhlükəsiz olan həcmi aşıb və 2000-ci ilə qədər Aral daha da kişilib.

2005-ci ildə dənizin Qazaxıstan hissəsi xilas edilib. Aral dənizinin Qazaxıstan hissəsini Özbəkistan hissəsində tamamilə ayırmaq üçün bənd tikilməsi ilə bağlı Dünya Bankına maliyyə yardımı istənilib. Bank bu tikintiyə 64,5 milyon dollar məbləğində maliyyə ayırıb, yerdə qalan 21,5 milyon dollar isə respublika büdcəsində tapılıb.

“13 kilometrlik Kokaral bəndinin tikintisi nəticəsində dənizin xilasında ilk ciddi uğur əldə edilib. Yeni bənd sayəsində Kiçik Aralda suyun səviyyəsini artırmaq mümkün olub. Və bu gün biz sosial-ekoloji fəlakətin tçarxını geri çevirib”, - deyə Beynəlxalq Aralın Xilasetmə Fondu bildirir.

Birincisi, dəniz səviyyəsinin qalxması buxarlanmanın azalmasına səbəb olub.
İkincisi, dənizin duzluluğu azalıb. Nəticədə balıqçılıq canlanmağa başladı.

Üçüncüsü, bu, yeni iş yerlərinin açılmasına və vaxtilə öz doğma yurdlarına getmiş balıqçı kəndlərinin əhalisinin bir hissəsinin qayıtmasına təsir edib. İndi rayonda balıq emalı zavodları stabil fəaliyyət göstərir.

“Region 13 xarici ölkəyə emal olunmuş balıq və balıq məhsulları göndərir. Bunlar Rusiya, Almaniya, Gürcüstan, Litva, Polşa, Hollandiya, Azərbaycan, Macarıstan, Avstriya, Rumıniya, Danimarka, Fransa, Çindir”, - deyə regional administrasiyadan bildirilib.

Musavat.com

18.10.2024 15:02
710