ABŞ Bağdada hava zərbəsi endirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticədə “Kətaib Hizbullah” komandiri Vissam Məhəmməd Sabir əs-Saedi öldürülüb.
Məlumata görə o, regionda ABŞ qüvvələrinə hücumların birbaşa planlaşdırılmasına və iştirakına cavabdeh olub.
Dağıntılar və mülki itkilər barədə məlumat yoxdur.
“Kətaib Hizbullah” qruplaşması öz saytında Əbu Baqir əs-Səadi kimi tanınan Vissam Məhəmməd Sabir əs-Saedinin ölümünü təsdiqləyib.
Bildirilib ki, o, Bağdadın şərqindəki Əl-Məştələ bölgəsində PUA hücumu nəticəsində öldürülüb. Zərbə nəticəsində Əbu Baqir əs-Səadi və onun iki yoldaşı həlak olub, bir nəfər isə yaralanıb.
Musavat.com