Musavat.com xəbər verir ki, sərhəd etirazçıları artıq İrəvanın mərkəzində, Respublika Meydanında aksiyaya başlayıblar.
Aksiyaya İrəvandan da qatılanlar var. Belə ki, İrəvan müxalifəti, o cümlədən Rusiyaya bağlı ayrı-ayrı qrup və təşkilatlar keşiş Baqrat Qalstanyanın etiraz aksiyasına qoşulublar. Mitinqdə çıxış edən Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat (İrəvan vaxtı ilə 19:40-a kimi) vaxt verib.
"Mən 1 saat ərzində görüşməyə və istefa üçün bütün şərtləri müzakirə etməyə hazıram. Sizin Ermənistan Respublikasında artıq heç bir səlahiyyətiniz yoxdur", - deyə keşiş bildirib.
Hələlik bununla bağlı Ermənistan liderinin heç bir reaksiyası yoxdur.
Keşişin verdiyi zaman bitəndən sonra Paşinyan istefa əvəzinə etirazçılara hədə göndərib: "Bizdə olan məlumata görə, hüquq-mühafizə sistemi bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq” - , deyə Ermənistanın baş naziri bildirib.
@@TVmusavat/85106@@
Musavat.com