Kəşfiyyat sənədləri SIZDIRILDI - İsrail İrana BELƏ HÜCUM EDƏCƏK (ŞOK DETALLAR)

ABŞ İsrailin İrana hücum planlarına dair Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı şayiələri təsdiqləyib.

Musavat.com-un CNN-ə istinadən məlumatına görə, “Tamamilə məxfi” sənədlər oktyabrın 18-də onlayn yayımlanıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Sənədlərdə İDF-nin İrana zərbə endirməyə hazırlığı, o cümlədən uzaq mənzilli raketlərin hazırlanması, havada yanacaq doldurma təlimləri və pilotsuz təyyarələrdən istifadə etməklə gizli əməliyyatlar haqqında məlumatlar var.

Məlumatın sızmasına baxmayaraq, ABŞ rəsmiləri israr edirlər ki, İsrailin İrana zərbə endirmək planları dəyişməz qalır.

****

ABŞ-də İsrailin İrana mümkün hücuma hazırlığını təsvir edən iki kəşfiyyat sənədi sızdırılıb.

Musavat.com bu barədə NBC-yə istinadən xəbər verir.

Sənədlərdən görünür ki, İsrail pilotsuz uçuş aparatları ilə İrana hücuma hazırlaşır. 

Həmin sənədlərin fotolarını təqdim edirik.

Toğrul İSMAYIL,
Musavat.com

 

 

20.10.2024 02:18
2045