Kərim Abbasov 15 il əvvəl Röya Ayxanla eyni toyda aldığı qonorarın məbləğini açıqlayıb.
Bu barədə o, “Xəbərin var?” verilişində danışıb.
Müğənni bildirib ki, yəhudi məclisində o, 28 min “şabaş” yığıb, Röyaya isə 45 min dollar ödənib:
“Mərasimi Xəyyam Nisanov aparırdı. Həmin məclisdən mən dollar və avro qarışıq 28 min "şabaş" yığmışdım. Ev yiyələri ilə rəqs etdik. Mənə və Röyaya o qədər "şabaş" verdilər ki, yığıb-yığışdıra bilmirdik. Səhərə kimi pul saydıq. Röya 30 dəqiqəlik çıxış üçün 45 min dollara gəlmişdi”. (olay)