"Bütün günü iş-güc, qaçhaqaçdayam. Əsəbi oluram, iftar saatını gözləyirəm. Hər şey bir yana, tıxaclar məni məhv edir. Ayan Babakişiyeva iftar süfrəsinə çağırdı. 13 dəqiqəlik yolu, 45 dəqiqəyə gəldim".
Bu sözləri müğənni Kərim Abasov "Günaylı gün" verilişində deyib.
Sənətçi "3 manatlıq şorbaya görə məni iftara dəvət etməyin" açıqlamasına aydınlıq gətirib:
"3 manatlıq şorba ilə doyan adamam. Mədəmiz balacadır. Buna, qarnıma görə nə vacibdir Novxanıya maşın sürüm. O qədər Pirşağı, Nasosnuya dəvət ediblər ki... 6-ya qalmış evdən çıxmışıq, 9-a qədər tıxacda qalmışıq. Su da tapmırıq iftarımızı açaq. Qonaqlığa çağıran adam isə 10-a qalmış gəlib çarıb. Nə vacibdir?" (Axşam.az)