Kərim ailə üzvlərindən nə istədi?- Oğlu danışdı

“Atamın vəziyyəti sabit olaraq qalır. Nə yaxşılaşmır, nə pisləşmir. Həkimlər deyir, Allah kərimdir”.

Bu sözləri Lent.az-a açıqlamasında meyxanaçı Kərimin oğlu Kamil Novruzov deyib.

O bildirib ki, atası danışa bilmir, amma ehtiyacı olanda onları başa sala bilir.

“İynələri vurulur, dərmanlarını veririk. Danışa bilmir, amma ehtiyacı olanda bir kəlmə, "acam", "susamışam" deyə bilir”, - Kamil Novruzov qeyd edib.

Ailənin kənardan hansısa maddi dəstək alıb-almadığına dair sualımıza cavab olaraq, oğlu bildirib ki, özü işləyir, atasının müalicə xərclərini də özü qarşılayır. Başqa heç bir yerdən yardımları yoxdur.

Qeyd edək ki, 59 yaşlı meyxanaçının 2017-ci ildə beyninə qan sızıb. O 5 ildir ağır yataq xəstəsidir.

05.10.2023 23:55
2894