Kərə yağı buna görə BAHALAŞDI

Son aylarda Rusiyada kərə yağının qiymətini artıran səbəb açıqlanıb.

Musavat.com xəbər verir ki, problemi araşdıran Forbes jurnalına görə, əsas səbəb istehsalın maya dəyərinin artmasıdır.

Kərə yağı istehsalçıları jurnala bildiriblər ki, banklarda kreditlər bahalaşıb, yanacaq-sürtkü materialları və logistika qiymətləri qalxır. Bundan əlavə, son iki ayda çiy südün (bütün südün) alış qiyməti 20-30 faiz artıb. Eyni zamanda sənayedə davam edən işçi qüvvəsi çatışmazlığı səbəbindən istehsalat işçilərinin maaşları xeyli artmışdır.

“EkoNiva” kənd təsərrüfatı holdinqindən verilən məlumata görə, istehsal üçün təkcə süd və digər inqrediyentlərin deyil, həm də hazır məhsulların maya dəyəri artıb.

Musavat.com

29.10.2024 13:03
813