Keniyada dəvə azı 14 nəfərin ölümünə səbəb oldu - FOTO

Keniyanın şimal-qərbində yük maşınının qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb.

Bu barədə bazar günü ölkənin Turkana rayonunun polis rəisi Lemmi Ncira məlumat yayıb.

O qeyd edir ki, insanları daşıyan yük maşınının sürücüsü yolda olan dəvə ilə toqquşmadan yayınmaq istəyərkən avtomobili aşırıb.

Hadisə nəticəsində daha 12 nəfər xəsarət alıb.

 

05.02.2023 18:13
1353