Kənddə “Mercedes”i aşırıb öldü

Şəkidə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, hadisə sentyabrın 11-də saat 22 radələrində Şəki rayonu, Cumakənd kəndi ərazisində baş verib.

Kənd sakini Sakit Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

12.09.2022 17:37
723