Kənd ələ keçirildi, İran bayrağı endirildi

İsrail hərbçiləri Livanın cənubundakı Marun ər-Rəs kəndində İran bayrağını götürərək, öz ölkələrinin bayraqlarını qaldırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” yazır.

İsrail sərhədindən bir kilometrdən az bir məsafədə yerləşən kəndin parkında SEPAH-ın “Qüds” briqadasının keçmiş komandiri Qasım Süleymaninin heykəli olub. Nəşr həmin parkın darmadağın edildiyini bildirir.

Bölgədəki son əməliyyatlardan sonra ərazidə İran bayrağı götürülərək, yerində İsrail bayrağı qaldırılıb.

09.10.2024 21:43
10438