Türkiyəli müğənni Kənan Doğulunun 50 yaşı tamam olub.
Gecəyə polis müdaxilə edib. Belə ki, əyləncə gec saatlara qədər davam edib. Öncədən Kənan qonşularına məktub göndərərək ad günü səbəbindən yaranacaq səs-küyə görə üzr istəsə də, parti uzun çəkib.
Səsdən narahat olan səmt sakinləri polisə müraciət edib. Buna görə də gecəyə polis müdaxilə etməli olub. (Axşam.az)