Kəmaləddin Heydərov Süleyman Soyluya başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

Bu barədə Musavat.com-a FHN-in mətbuat xidmətindən bildirilib.

Nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

14.11.2022 13:07
394