Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. 

Musavat.com qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.  

Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib. 

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub. 

Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

21.02.2025 13:23
2330