Kəlbəcərdə insan "qaynayır" - rayon inşaat meydançasına çevrilir

"Yeni Müsavat” Media Qrupunun erməni işğalından azad olunmuş rayonlarımızdan reportajlar hazırlamaq ənənəsinə uyğun olaraq bu dəfə yolumuz Kəlbəcər rayonunadır.

Azərbaycanın ərazicə ən böyük rayonu Kəlbəcər həm füsunkar təbiəti, həm strateji əhəmiyyəti, həm təbii sərvətləri ilə xüsusi əhəmiyyətə malik bölgələrimizdəndir. Kəlbəcər əsl sahibləri ilə birlikdə ikinci yayını yaşayır. Artıq bu rayona həyat qayıtdığı göz önündədir. Murov dağından keçən yol boyu Kəlbəcərə doğru ard-arası kəsilməyən yük və minik avtomobilləri, qoyun sürülərinin getməsi adamda ilk andaca belə təəssürat yaradır. Yol kənarı kəndlərdə və Kəlbəcər şəhərində həyat qaynayır. Hər addımda arıçılıq təsərrüfatları, heyvandarlıq təsərrüfatları, müasir Kiçik Su Elektrik Stansiyaları, müxtəlif təyinatlı tikinti işlərinin getdiyi inşaat meydançaları...

Kəlbəcərdə ilk dayancağımız rayon mərkəzinin girişindəki Kəlbəcər şəhidlərinin fotolarından ibarət yaradılmış Xatirə Kompleksinin önü oldu.

 

Musavat.com

07.07.2022 21:24
4524