Kəlbəcərdə avtomobil aşıb - ÖLƏN VAR

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

"VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir./Report

01.09.2024 11:06
382