Kəlbəcərdə ağır yol qəzası: 4 Türkiyə vətəndaşı...

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.

Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "pikap" tipli avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report

20.06.2024 19:37
768