“Kəlbəcər şəhərində tikilən 524 ailəlik yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək”.
Musavat.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilir.
Komitənin məlumatına görə, bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.
Birinci məhələdə köçürülmənin dəqiq tarixi barədə hələ ki məlumat verilməyib.
Etibar Seyidağa,
Musavat.com