Kəlbəcər sakinləri 30 il sonra ilk dəfə yaylaqda - VİDEO

30 il əvvəl, işğala qədər, Qarabağdakı dağ kəndlərinin sakinləri hər yay yaylaq festivalları keçirirdilər.

Xezerxeber.az xəbər verir ki, erməni işğalından sonra el-obasından didərgin düşən sakinlər, həm də o əyləncə dolu günlərin həsrəti ilə yaşayıblar.

Kəlbəcər rayonunun Ağcakənd kənd sakinləri torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfə yaylaqda toplaşıblar.

“Görüntüləri izləyəndə duyğulanmamaq mümkün deyil”, - deyə sevinclərini ifadə edən sakinlər əminliklə qeyd ediblər ki, tezliklə Qarabağın bütün sakinləri öz el obasına köçüb əvvəlki səadət dolu həyatlarını bərpa edəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

20.08.2023 18:01
1178