Keir Starmer İranın İsrailə hücumunu PİSLƏDİ

Böyük Britaniyanın baş naziri İranın raket hücumunu kəskin şəkildə pisləyən açıqlama verib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer İranın İsrailə raket hücumunu pisləyib və yəhudi dövləti ilə həmrəy olduğunu bildirib.

“Mən İran rejiminin günahsız İsrail vətəndaşlarına zərər vurmaq, bu inanılmaz təhlükəli vəziyyəti gərginləşdirmək və regionu uçurumun kənarına daha da yaxınlaşdırmaq cəhdini ən kəskin şəkildə qınayıram.

Buna dözmək olmaz. Biz bu təcavüz qarşısında özünümüdafiə hüququnu tanıyaraq İsraillə çiyin-çiyinəyik. İran Hizbullah kimi marionetləri ilə birlikdə bu hücumları dayandırmalıdır", - Britaniyanın baş naziri bildirib.

O, çərşənbə axşamı İsrailli həmkarı Benyamin Netanyahu, İordaniya kralı II Abdulla, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz, həmçinin Livan və Fələstin liderləri ilə Qəzzadakı münaqişələrin həlli üçün danışıqlar apardığını deyib. Onun Netanyahu ilə telefon danışığı raket hücumunun başlandığı vaxt olub.

Oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücuma keçib.

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. İsrail İranın 180-ə yaxın raket atdığını, onların əksəriyyətinin tutulduğunu bəyan edib.

@@TVmusavat/97205@@

Şahanə Rəhimli
Musavat.com

02.10.2024 00:40
490