Rusiya Daxili İşlər Nazirliyi “Rossiya-1” telekanalının jurnalisti və keçmiş teleaparıcısı Fəridə Qurbanqaleyevanı (terrorçuluğa bəraət qazandırmaq işində ekstremistlər siyahısına daxil edilib) axtarışa verib.
Bu barədə TASS məlumat yayıb.
45 yaşlı Qurbanqaleyeva Fəridə Rəşidovnanın hansı maddə ilə axtarışa verildiyi rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, Qurbanqaleyeva Rusiyadan kənarda, Çexiyanın paytaxtı Praqada yaşayır və öz YouTube kanalını idarə edir.