Keçmiş sevgililər bir arada - FOTO

Məşhur türk aktyor Kerem Bürsin qatıldığı dəvətlərin birində jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com olay-a istinadən bildirir ki, gecədə keçmiş sevgilisi Serenay Sarıkaya və aktrisanın Keremdən öncəki sevgilisi Çağatay Ulusoy barədə danışıb:

"Serenay möhtəşəm insandır. Ondan ötrü ürəyim gedir. Gözəl dostluğumuz var. Onu çox sevirəm. Nə zaman qarşılaşsaq, salamlaşırıq, qucaqlaşırıq. Çağatayla da ilk dəfə tanış oldum, o da çox şirin bir insandır".

Qeyd edək ki, Serenay və Çağatay "Medcezir" serialında birlikdə rol aldıqdan sonra sevgili olmuşdular. Cütlük ayrıldıqdan sonra aktrisa Kerem Bürsinlə uzun müddət eşq yaşamışdı.

21.05.2024 23:07
3019