Keçmiş qubernator Dövlət Şurasına katib təyin olundu

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyası Dövlət Şurasının katibi haqqında” fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edildiyi kimi, Rusiya prezidentinin köməkçisi Aleksey Dyumin Dövlət Şurasının katibi təyin edilib.

Dyumin may ayında Rusiya prezidentinin köməkçisi təyin edilib. Bundan əvvəl o, Tula vilayətinin qubernatoru vəzifəsində çalışıb.

 

29.05.2024 13:04
1147