Keçmiş prezident arvadına işgəncə verdi - ŞOK FOTO

Argentinanın keçmiş prezidenti Alberto Fernandesə qarşı qadına şiddətə görə cinayət işi açılıb.

Onun xanımı Fabiola Yanes əri tərəfindən fiziki və mənəvi şiddətə məruz qaldığını iddia edərək, məhkəməyə üz tutub. Məhkəmə keçmiş prezident barəsində zərərçəkəndən uzaqlaşdırılma və ölkədən çıxışa qadağa qərarı verib.

Sosial şəbəkələrdə isə Yanesin bədənindəki xəsarət izləri və əri ilə “Üç gündür məni vurursan” deyə yazışmaları yayılıb. Məhkəmə qadının həmin xəsarət fotolarını da qərar verərkən əsas götürüb.

Ancaq Fernandes bu ittihamları qəbul etməyib və məhkəmədə həqiqəti söyləcəyini bildirib./Lent.az

11.08.2024 03:14
1745