Keçmiş nazirin cəza çəkdiyi yer məlum oldu

Noyabrın əvvəlində Qazaxıstanda məhkum olunmuş sabiq nazir Kuandıq Bişimbayevin Arşalı kəndindəki fövqəladə mühafizə koloniyasında olmadığı məlum olub.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, sabiq nazirin qətlə yetirdiyi Saltanat Nukenovanın ailəsinin vəkili Janna Urazbaxova Kuandıq Bişimbayevin harada olması barədə məlumat yayıb.

Vəkilə İslah-İslah Müfəttişliyindən verilən məlumata görə, məhkum hazırda Stepnoqorskdadır.

“Hazırda məhkum olunmuş Bişimbayev K.V. cəzasını Akmola vilayəti üzrə Penitensiar Sistemin Departamentinin 5 saylı müəssisəsində çəkir”, - rəsmi sorğuya cavabda deyilir.

Xatırladaq ki, noyabrın əvvəlində Bişimbayevin Arşalı koloniyada olmadığı bilinəndən sonra bu, qalmaqala səbəb olmuşdu. Çünki əvvəllər onun Saltanat Nukenovanı qətlə yetirdiyinə görə cəzasını məhz Arşalıda çəkəcəyi bildirilmişdi. Zərərçəkən tərəf bu iddiada idi ki, sabiq nazir əlaqələrindən və maddi imkanlarından istifadə edərək özünə daha komfortlu cəza yeri düzəldib.

Musavat.com

15.11.2024 14:41
757