Keçmiş gəlini Canana Mətanət İsgəndərlini məhkəməyə verir

"Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən".

Gundem.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Canana keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb:

"Mənə deyirdin ki, sakit ol, təzə gəlin bilməsin, uşaqları götürmə, yoxsa gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar. Uşaqlarımı anasız qoyan qadın! Səninlə rol oynamaqdan, sənin oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli insansan. Mənim analığımı hər dəfə milyonlarla insanların qarşısında təhqir etdiyinə görə səni və o verilişin aparıcısını da qarşı tərəf olmadan məni müzakirə etdiyiniz üçün məhkəməyə verirəm.

Bu gün keçirdiyim stressə, övladlarımın yanında əzildiyimə, axıtdığım göz yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını düşünənsənsə, onları evlə təmin etməlisən. Məni bütün mülklərdən imtina etməyə məcbur qoydun, iş yerlərimdən etdin. Saflığımdan istifadə edib oynayırsan mənimlə. Ne vaxta kimi? Allah var axı".
Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu "Yaxşıya doğru" ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq, onu bu hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb.

04.09.2023 23:24
1514