İspaniyada baş verən daşqınlar zamanı tanınmış 28 yaşlı keçmiş futbolçu həyatını itirib.
Milli.Az xəbər verir ki, "Valensiya" klubunun keçmiş futbolçusu Xose Kastilexo daşqınların qurbanı olub.
İspaniyada hazırda əlverişsiz hava şəraiti hökm sürür və bu, xüsusilə Valensiya bölgəsində daşqınlara səbəb olub. Güclü yağışlar və güclü küləklər çayların daşmasına gətirib çıxarıb, küçələri su basıb və bəzi sakinlər avtomobillərdə və binalarda ilişib qalıb. Fəlakət nəticəsində 100-dən çox insan ölüb və xeylisi itkin düşüb.
Hökumət təhlükə xəbərdarlığı yayıb və insanları evlərində qalmağa, səyahətlərdən çəkinməyə və mümkün qədər diqqətli olmağa çağırıb. Fövqəladə xidmətlər, o cümlədən İspaniyanın Hərbi Fövqəladə Hallar Bölməsi, xilasetmə əməliyyatları üçün cəlb edilib. Hava limanlarında və dəmir yollarında yaranan problem isə vəziyyəti daha da çətinləşdirib. Hazırda hökumət təhlükəsizlik tədbirlərinə və insanları xilas etməyə diqqət yetirir.