Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin yeni detalları məlum olub.
Qətli törədən 41 yaşlı Zamin Tanrıverdiyev tanışı olan və hadisə günü onu yolda görən Ülvi Orucov Baku TV-yə açıqlama verib.
“Mağazadan gələndə yolda qarşılaşdıq. Əlində böyük bir bıçaq var idi. Ondan soruşdum ki, “nə baş verib?”, o, cavab verdi ki, “yoldaşımı öldürmüşəm”. Onlar üç il bundan öncə boşanıblar. Daha sonra Pərvanənin guya əxlaqsız olduğu ilə bağlı söz-söhbətlər dolaşırdı”, - deyə Ü.Oruvoc bildirib.
Qeyd edək ki, Zamin Tanrıverdiyev bir neçə il əvvəl Pərvanə Məhərrəmovanın atasını da bıçaqlayıb.
Ətraflı süjetdə: